Ətraflı axtarış
Baxanların
10921
İnternetə qoyma tarixi: 2011/12/25
Sualın xülasəsi
Aya Kərbəlada mələklər və cinlər İmam Hüseynin (ə) köməyinə gəldilər? Nə üçün imam bu köməyi qəbul etmədi?
Sual
Bir alimdən eşitdim deyirdi: Kərbəlada bir sıra mələk və cin imam Hüseynə (ə) hömək etmək üçün gəldilər, amma imam onların köməyini qəbul etmədi. Aya bu söz doğrudurmu (imam Hüseyn (ə) döyüş meydanına daxil olmamışdan əvvəl) onlar həzrətə kömək etmək üçün gəlmişdirlər? Hansı dəlil və sənəd bunu təsdiqləyir? Əgər bu söz doğrudursa, xahiş edirik bu bəhsi bizim üçün açıqlayın ki, nə üçün imam onların köməyini qəbul etmədi?
Qısa cavab

Bəzi rəvayət mənbələrində, İlahi köməyin imama (ə) cinlər və mələklər vasitəsiylə olması məsum imamlardan açıqlanmışdır və bunu təyid edir.

Əlbəttə, Allah tərəfindən cinlər və mələlkər və yaxud hər bir vasitəylə olması Peyğəmbərlər üçün də olmuşdur; Allah Taala Peyğəmbərə (s) buyurur: (Yad et) o vaxtı (ki, Bədr meydanında narahatlıqdan) öz Rəbbinizdən kömək istəyirdiniz və o sizin istəyinizi qəbul etdi (və dedi) mən sizi bir- birinin ardınca yer eləməsinə gələn min mələklə kömək edəcəyəm.

İmam Hüseynin (ə) bu köməyi qəbul etməməsinin ən mühüm dəlillərindən bəziləri ibarətdir: O cür bir şəraitdə Peyğəmbər ümmətini şəhid olmağa hazır etmək. Allaha qovuşmaq, o həzrətin Allah yolunda şəhid olmasının həyata keçməso, o həzrətin Allah üçün ən gözəl və əziz şəhidi ki, öz vəzifəsini həyata keçirmək üçün təbii halda şəhid olmuşdur.

Ətreaflı cavab

İlahi köməyin İmam Hüseyn (ə) üçün göndərilməsi

Bəzi rəvayət mənbələrində, İlahi köməyin imama cinlər və mələklər vasitəsiylə olması, məsum imamlardan olan bir çox hədislərdə açıqlanmış və təyid olunmuşdur; misal üçün: Şeyx Mofid, İmam Sadiq (ə)- dan bu nöqtəni rəvayət edir: O vaxt ki, imam Mədinədən hərəkət etdi, bir dəstə mələk kömək üçün o həzrətin xidmətində hazır oldular, cinlərdən müsəlman və şiə olan çoxlu dəstələr kömək üçün gəldilər, amma həzrət cinlərin cavabında buyurdu: Allah sizə cavab və xeyir versin mən öz işimin məsuliyyətini daşıyıram və mənim ölüm zamanımı və yerimdə təyin olunmuşdur. Cinlər dedilər: Əgər sənin əmrin olmasaydı düşmənlərinin hamısını öldürərdik. Həzrət cavabında buyurdu: Biz bu işdə sizdən daha da qüdrətliyik, amma bunu etmirik ki, yollarını azanlar üçün höccət tamam olsun və o şəxslər ki, haqq yolunu qəbul edirlər onlar üçün də məlum olsun.[1]

İmam Sadiq (ə) buyurur: Atamdan eşitdim ki, buyurdu: O vaxt ki, İmam Hüseyn (ə) Ömər ibni Səd- lə üz- üzə gəlib və müharibə başladı, Allah öz köməyini yer üzünə göndərdi ki, İmam Hüseynin başı üstündə kölgə salsın və bu zaman imam ixtiyar sahibi idi ki, düşmənə qələbə salsın və ya Allaha qovuşsun, o həzrət şəhid olub Allaha qovuşmağı seçdi.[2]

Bəzi rəvayətlərdə də yenə açıqlanmışdır ki, imam Hüseynə (ə) kömək üçün mələklər gəlmişdi, birinci dəfədə onlara döyüşmək üçün icazə verilmədi, amma ikinci dəfə gəldiklərində imam Hüseyn (ə) şəhid olmuşdu. Buna oxşar rəvayət imam Sadiq (ə)- dan rəvayət olunur: "Dörd min mələk yer üzünə gəldi ki, imama kömək etsinlər, amma döyüşmək üçün onlara icazə verilmədi. İkinci dəfə yenə icazə alıb yer aləminə gəldilər amma bu o zaman idi ki, imam şəhid olmuşdu.[3]

Bir sözlə demək olar bu cür hadisənin baş verməsi rəvayətlərdə vardır və doğrudur və heç bir dinşunas və din alimi bunu inkar etməmişdir ki, çünki İslam əqidəsi və maarifliyi heç bir qarşı durma nəzərə çarpır.

Əlbəttə Allah tərəfindən cinlər və mələklər və yaxud hər bir vasitəylə köməyin olunması Peyğəmbərlər üçün də həyata keçmişdir: Allah Taala Quranda Peyğəmbərə (s) buyurur: (Yad et) o vaxtı (ki, Bədr meydanında narahatçılıqdan) öz Rəbbindən kömək istəyirdiniz və o sizin istəyinizi qəbul etdi (və dedi) mən sizi bir- birinin ardınca yer aləminə gələn min mələklə kömək edəcəyəm.[4] Əhzab müharibəsi və başqa yerlərdə müsəlmanlara kömək olunduğu kimi, bu köməklər də mələklər və cinlər tərəfindən idi ki, aşağıda qeyd olunan məsləhətlərə görə, həyata keçmədi.

Nə üçün imam Hüseyn (ə) cinlər və mələklərin köməyini qəbul etmədi? Cavabında demək olar: Bəlkə də aşağıdakı dəlillərə əsasən imam onların köməyini qəbul etmədi:

1.             O dövürdə olan siyasi vəziyyəti nəzərə alsaq ki, Müaviyə və Yezid tərəfindən həyata keçirdi və din adıyla bəzi işlərə əl qoyurdular ki, dinin əksinə idi.

Belə olduqda haqq və batili təyin etmək çətin olmuşdu və İlahi dini yenidən dirçəltmək üçün yalnız bir yol var idi və o da İmam Hüseynin (ə), onun övladlarının və səhabələrinin şəhid olması idi.[5]

2.             Bu mövzuda əldə olan rəvayətlərdən istifadə olur, o həzrət şəhid olmalıydı ki, bu vasitəylə imamın əsl hədəf və məqsədi ki, Peyğəmbər ümmətinin düz yola kəlməsi və azad olması[6] idi həyata keçsin.

3.             İmam Hüseyn (ə) şəhadəti ən gözəl və əziz ölüm bilirdi; bu iş, Məkkədən İraqa tərəf hərəkət etdiyi zaman söylədiyi xütbəsində bəyan olmuşdur: "Adəm övladına ölüm gözəlliyi qadınların boynuna salınan boyun bağının gözəlliyi kimidir;[7] yəni ölüm, məcbur deyil bəlkə gözəllikdir; insan bu boyunbağını bəs nə üçün. Allah yolunda öz boynuna salmasın?!

Bəs imam Hüseyn (ə) üçün din yolunda şəhid olmaq, eşq və xüsusi bir ləzzət idi.[8] Şəhid olmaq nöqsan eyildir ki, mələklərdən kömək istəsin. Bəlkə kamillik nişanəsidir o cür ki, həzrət İbrahim (ə) şəhadəti kamillik bilir, o dua yandırmaqdan qorxmur və Cəbraildən də bir şey istəmədi, baxmayaraq ki, həmişə Allahı yad edir və onu çağırırdı.[9]

4.             Allaha qovuşmaq və Peyğəmbərlərlə görüşmək imam Hüseyn (ə) üçün o cür bir şəraitdə bu dünyada qalmaqdansa daha çox əhəmiyyət daşıyırdı və z əcdadlarına qovuşmağa müştaq idi: O cür ki, Məkkədə öz xütbəsinin davamında buyurur: Öz əcdadıma qovuşmaq üçün olan eşqim Yəqubun (ə) Yusifə (ə) olan əlaqəsi və eşqi kimidir.[10]

5.             Həzrət İmam Hüseyn (ə) istəyirdi ki, möcüzə və kəramətdən istifadə etməsin, bir halda ki,şübhəsiz imam möcüzə və kəramət vasitəsiylə ki, Allah tərəfindən verilmiş idi düşmənə qələbə çala bilərdi və hətta cin və mələklərə ehtiyacı olmazdı, amma möcüzə və kəramətdən istifadə etmək o yolda ki, zahirdə əməl etməyə məmur idilər, üst- üstə düşmürdü. İmam Hüseynin (ə) müsəlmanlar arasında olan məqamı daha yüksək və azadlıq və ədalət tərəfdarı arasında onun üçün bu məqama yeksəlmişdir ki, zahirdə və təbii olaraq hərəkət etmişdir. Əhli- beytin imam tərəfindən amansız bir döyüşə aparılması və onlara qarşı olan əhanət və əsarət səbəb oldu. Imamın qiyamı cavidan və əbədi olsun. Aya imam buna qadir deyildi ki, qiyam etmədən və öz kəramətindən istifadə yoluyla Yezidə qələbə çalsın?



[1] - Əllamə Məclisi, Biharul- ənvar, cild 44, səh 330, Müəssisətul- vəfa, Beyrut Lobnan.

[2] - Seyyid ibni Tavus, Luhuf, səh 141. Tərcümə mir əbu- Talibi, seyyid Əbul- həsən naşir: dəlile ma, Qum, birinci çap, 1380 şəmsi.

[3] - Şeyx Səduq, Əmali, tərcümə Kəmreyi, Məhəmməd Baqir, səh 438, İslamiyyə Tehran, altıncı çap, 1386, Əlbəttə bu rəvayətin oxşarı, mərhum Kuleyninin "Kafi" kitabında da gəlmişdir. Əl- Kafi, cild 1, səh 283- 284.

[4] - Ənfal surəsi, ayə 9.

[5] - Bax: Misbah Yəzdi, Məhəmməd Təqi, Azərəxşe digər əz asemane Kərbəla səh 44- dən 66- ya. Müəssiseye amuzeşi və pejuheşiye imam Xomeyni intişaratı, beşinci çap, 1380.

[6] - Biharul- ənvar, cild 44, səh 329.

[7] - Biharul- ənvar, cild 44, səh 366, Muhəddis Ərdəbili, Kəşful- ğimmə fi mərifətul- əimmə, cild 2, səh 29 Bəni haşim intişaratı, Təbriz birinci çap, 1381, Luhuf səh 110- 111.

[8] - Bax: Cavadi Amuli, Abdullah, Şukufaiye əql dər pərtovi nehzəte Hüseyni, səh 28- 30. Mərkəze çar və intişarate isra, beşinci çap, 1387.

[9] - Şukufaiye əql dər pərtove nehzəte Hüseyni, səh 27.

[10] - Biharul- ənvar, cild 44, səh 366. Kəşful- ğimmə fi mərifətil- Əimmə, cild 2, səh 29: Luhuf, səh 110 və 111.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Xilqətdə kişinin qadından üstünlüyü vardırmı?
    6058 İslam fəlsəfəsi 2012/02/18
    Qadın və kişi – hər ikisi həqiqi vəhdətdən bəhrələnir, bir-biri ilə əlaqədar kamala çatırlar. Bu iki varlığı bir-birindən ayrılıqda “iki varlıq” ünvanı ilə müqayisə etmək, habelə birinin digərindən üstün olmasını demək mənasızdır. ...
  • Fahişə qadınla müvəqqəti evlənmək olarmı?
    11490 Nizamlar hüquq və əhkam 2014/05/22
    Fahişə qadınla daimi və müvəqqəti evlənmək haram deiyl amma, bəzi səbəblərə görə elə qadınlarla evlənmək dünya və axirətinizin xeyirinə deyildir. ...
  • Nəsnasın keyfiyyəti və varlığı necədir?
    5668 Hədis elmləri 2015/05/04
    Nəsnas müxtəlif formalarda təsvir olunub. Bəzi rəvayətlərə əsasən həzrəti Adəmin (ə) yaradılışından öncə olublar. Əlbəttə digər rəvayətlərə əsasən insanlardan bir dəstəsi mənəvi saflıqdan uzaq olmağa, heyvani hisslərinin güclü olmasına və bir çox günahları törətdiklərinə görə nəsnasın nümunələrindən hesab ediliblər. ...
  • Aya mən edə bilərəm İslami bank qayda qanunlarını icra etməyən bankdan səham alım?
    4982 Nizamlar hüquq və əhkam 2011/11/12
    Sizin sualınızın araşdırmasında əziz mərcəyi təqlidlərin dəftərlərindən aşağıdakı cavablar alınmışdır: Həzrəti ayətullah- ul- üzma Xameyi (Allah izzətin artırsın)Edə bilmərsiniz. Həzrəti ayətullah- ul- üzma Məkarim şirazi (Allah izzətin artırsın)İcazə verilmir Həzrəti ayətullah- ul- üzma Safi Gülpayqani (Allah izzətin artırsın)Riba (sələm) ilə gəliri olan müəssisələrdən səham ...
  • Nə üçün rukuda "əzim" səcdədə isə "əla" sifətlər deyilir?
    24274 Qədim kəlam 2012/03/11
    Bunun əsl illəti ki, biz bu iki zikri "Sübhanə rəbbiyəl əzimi və bi həmduh" və"Sübhanə rəbbiyəl əla və bi həmdih" rukuda və səcdədə deyirik, Allahın əmridir və bizim rəvayətlərdə də buna əmr olunmuşdur. Amma baxmayaraq ki, bu işə əmr olunmuşdur, onun üçün bəzi hikmətləri də ...
  • İmtina edilmişə hakimin vilayəti qaydasının mənası nədir?
    5288 Nizamlar hüquq və əhkam 2012/02/15
    Qaydanın qısa və açıq tərifi budur ki, müsəlmanların hakimi, bir nəfər öhdəsinə olan hüquqları (ümumi mənada) ödəməkdən imtina edən zaman, hakim onu öhdəsində olan haqqı yerinə yetirməyə məcbur edir.Fiqhi əsərlərə qısa və səthi baxışda, insana bu nəticəni qəbul etdirir ki, imtina edilmişə hakimin vilayəti, möcüzə qaydası olaraq ...
  • Əgər bir müsəlman araşdırma edəndən sonra məsihi dininə iman gətirsə, fitri mürtəd və edam olunmalıdırmı?
    11401 Əhkam və hüquq fəlsəfəsi 2011/09/11
    İslam dini hamını İlahi tövhidi qəbul etməyə dəvət etsə də, amma bu hamını onu qəbul etməyə məcbur etmək mənasında deyil. Çünki iman və etiqad məcburiyyət və zoru qəbul etmir. Əlbəttə bu iş dinin əsası ilə müxalifətçilik fəzasına şərait yaratmaq mənasına deyil. Çünki İslamın əsası tövhid və şirki inkar etməyə möhkəmlənibdir. ...
  • Vəqf olunmuş yerdən istifadə etmək olar? Və yaxud onu satmaq olar?
    5775 Nizamlar hüquq və əhkam 2011/10/11
    Bu haqda təqlid mərcələrinin fətvalarına diqqət edin: Ayətullah Xaminei: Əgər yerin vəqf olunması sübut olarsa və yer əksinə yararlı olarsa əkindən başqa istifadə etmək caiz deyil. Əgər yer əkinə yararlı deyilsə şəri nümayəndə yeri icarəyə verə bilər onda bina tikilsin amma ...
  • Xahiş edirik Şeyx Tusinin siyasi nəzəriyyəsini açıqlayasınız.
    5875 Nizamlar (Qurluşlar) 2011/10/04
    Hər bir dövr və əsrdə özünə məxsus suallar yaranırdı ki, elm sahiblərini vadar edir ki, onlara cavab versinlər və bunlardan biri də şeyx Tusidir ki, bu işin öhdəsindən gəlmişdir. Şeyx Tusinin ümumi olaraq siyasi nəzəriyyəsinin əslini, aşağıdakı mərhələlərdə xülasə etmək olar:
  • Həzrəti Əli (ə) şənində ayələrin daha çoxu hansı ayda nazil olubdur?
    6443 Təfsir 2012/02/07
    Cavabdan əvvəl neçə məsələyə giriş adıyla diqqət etmək lazım gəlir: 1.             Ümumi olaraq, Quran ayələrinin Əsbabi nuzuli barəsində daxil olan rəvayətlər: Əziz Peyğəmbər (s)- in zamanında baş vermiş tarixi hadisələri bəyan edir və həmən hadisə ilə əlaqədar ayə ya ayələr o həzrətə nazil olub. ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163252 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    156111 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118077 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    110352 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    100751 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91748 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53660 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    46399 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    44130 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    43380 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...