Ətraflı axtarış
Baxanların
5583
İnternetə qoyma tarixi: 2009/12/18
Sualın xülasəsi
Məsumların kəlmələrinin və işlərinin höcciyyət ölçüsü nə qədərdir?
Sual
1- Rəvayətlərin nəticəsindən ələ gəlir ki, Məsumların vəzifələrinə bizim elmimiz çatmır. Rəftarlarının səbəbini bəyan etməyənə qədər, onların rəftarlarından xəbərdar ola bilmərik. Burada sual olur ki, necə o kəslərin ki, vəzifələrini bilmirik amma əməllərini özümüzə ulqu və nümunə edirik? 2. Məsumların işləri höccətdir? Cavab müsbət olan halda işin höcciyyəti önəmlidir yoxsa sözün? 3. Bizim onlardan ulqu və nümunə götürməyimiz hansı həddədir? Misal olaraq əgər Əmirəl- möminin bazar ertəsi bir yoldan və ikinci gün başqa bir yoldan keçibsə; bu işin qarşısında vəzifəmiz yoxdur və yaxud bu işlərdən nümunə götürmək bizim üçün faydalıdır? 4. Bunu nəzərə alaraq ki, biz Məsumların vəzifələrini bilmirik, mümkündür ki, onlardan namaz kimi hansısa bir vacibin tərki müşahidə olunsun?
Qısa cavab

İslamın mötəbər dəlillərindən biri, Peyğəmbərin (s) və digər Məsumların (ə) sünnətidir ki, Quran ayələri kimi Müsəlmanlar üçün höccətdir, üç şəkildə bizim əlimizdədir. Məsumun sözü, işi və təsdiqi. Məsumların hədislərdə və rəvayətlərdə gəlmiş sözləri "Məsumun qovlu (sözü)" onların etdikləri fellər və işlər "Məsumun feli" onların başqalarının işini yaxud sözünü təsdiqləməsinə "Təqriri Məsum" deyilir.

Əgər Məsum bir iş edirsə o əməlin mübah olmasına dəlalət edir. Əgər bir işi etməsə onun vacib olmamasını çatdırır. Alla əməlin müstəhəb, haram ya məkruh olması bilinmir... məgər başqa bir dəlildən ya əlamətdən istifadə edək. Əgər bilsək ki, Məsumun etdiyi bir əməl nübuvvət ya İmamət məqamına məxsusdur, bizim vəzifəmiz deyil ki, o işdən nümunə götürüb itaət edək.

Amma o yerdə ki, şəkk edirik Məsumun etdiyi iş onun ixtisası əməllərindəndir ya qeyri ixtisası, təklilərdə müştərəklik qanunu hökm edir: Bizə olan bütün təkliflər, onlarda var, məgər xüsusi yerlərdə ki, dəlilimiz olsun ki, onların təklifi başqadır.

İmamın sözünün dəlaləti onun əməlinin və felinin dəlalətindən daha çox və daha aydındır. Çünki danışıqda kəlmələrdən və xüsusi cümlələrdən istifadə imkanı var ki, bu da kamil şəkildə məqsədi çatdırır və hökmü aşkar edir.

Amma bu barədə ki, Məsumlar namaz kimi bir vacibi tərk etsinlər, demək lazımdır ki, baxmayaraq ki, onlar bir çox yerlərdə təqiyyə edirlər və dostları təqiyyə etməyə əmr edirdilər. Amma deyilməyib ki, onların özü namaz kimi bir vacibi tərk etmiş olsunlar.

Ətreaflı cavab

Hüquqları, vəzifələri və... tanımaqda İslamın mötəbər dəlillərindən biri sünnətdir.

Əhli- sünnətin (ammə) nəzərində Peyğəmbərin (s) sözü, feli və təqriri (təsdiqi) "sünnət" dir. Şiənin nəzərində bütün Məsumların (ə) sözü, feli və təqriri sünnətdir. Çünki İmamlar (ə) Peyğəmbərin (s) vasitəsiylə Allah tərəfindən İmamət məqamına təyin ediliblər.

Onlar İlahi hökmlərə alimdirlər, dedikləri yaxud etdikləri Allah hökmüdür ki, birbaşa və ya Peyğəmbərin vasitəsiylə onlara yetişib.[1]

Buna əsasən İmamlar (ə) İlahi hökmlərin mənbələrindən biridirlər və onların sözləri əməlləri və təqriri bizim üçün höccətdir və onlara riayət etməliyik. Allah onların məqamı o cür edib ki, biz vəzifələrimizi onlardan almalıyıq. Quran buyurur: "Ey iman gətirən kəslər! Allaha itaət edin! Və itaət edin Allahın Peyğəmbərinə və sahiblərinə (Peyğəmbərin vəsilərinə)! Və hər zaman bir şey haqqında mübahisə (savaş) etsəniz, onu Allaha və Peyğəmbərə qaytarın (onlardan hakimlik tələb edin)..."[2] Əziz İslam Peyğəmbəri bu barədə buyurur: "Mən sizin aranızda iki dəyərli və qiymətli şey qoyuram: Allah kitabını və itrətimi ailəmi. O zamana qədər ki, bu iki şeyə yapışmısınız heç vaxt azğın olmayacaqsınız və mənim iki yadigarım heç vaxt bir- birlərindən ayrılmazlar, hovzun kənarında mənə qovuşana qədər".[3]

Bunlara əsasən Məsumlar (ə) ki, Allah tərəfindən təyin olunublar onların sünnəti (söz, iş, təqrir) höccətdir və onlardan itaət etmək hamıya lazımdır.

  1. Məsumun sözü

Məsumların sözləri və danışıqları ki, rəvayətlərdə gəlibdir "qövlu Məsum" adlanır.

O yerlərdə ki, İlahi hökmlər Məsumların (ə) sözlərində bəyan olub, fəqih və müctəhid üçün kifayətdir ki, şəraitinə uyğun ona istinad etsin.

İmamın sözlərinin dəlaləti onun əməlinin və felinin dəlalətlərindən daha çox və daha aydındır. Çünki danışıqda kəlmələrdən və xüsusi cümlələrdən istifadə imkanı var ki, kamil şəkildə məqsədi çatdırır və hökmü aşkar edir.

  1. Məsumun feli (işi)

Məsumun etdiyi işlər və fellər "feli Məsum" adlanır.

Məsumun (ə) felinin dəlalətinin miqdarı budur ki, əgər bir iş etsə o işin mübah olmasını çatdırır (o işi etməyin heç bir eybi yoxdur). Amma işin vacib ya müstəhəb olmasını çatdırmır. Əgər bir iş etməsə dəlalət edir ki, ən azından o iş vacib deyil. Amma o işin haram ya məkruh olmasına dəlalət etmir. Məgər başqa dəlildən ya əlamətdən, vacib, haram müstəhəb ya məkruh olmasını anlayaq.[4]

Əlbəttə bu o haldadır ki, o əməl nübüvvət ya İmamət məqamına məxsus olan əmələrdən olmaya. Amma əgər bilsək ki, Məsumdan görünən iş onun xüsusi əməllərindəndir, o əməldə itaət və nümunə götürmək vəzifəmiz deyil. Məsələn gecə namazının Peyğəmbərə vacib olması, ya dörd xanımdan çox daimi evlənmək.

Habelə o zaman ki, şəkk edirik Məsumun (ə) etdiyi əməl onun ixtisası əməllərindəndir ya qeyri ixtisası, belə bir halda nənanı qoyuruq ki, onun ixtisası əməllərindən və vəzifələrindən deyil. Çünki Peyğəmbər (s) və İmamlar (ə) birinci dərəcədə bizim kimi insanlardırlar. İştirak qanunu tələb edir onlarda bizim vəzifələrimizlə şərik olsunlar. Xüsusi yerlərdə başqa ki, dəlilimiz və əsasımız olur ki, onların vəzifəsi başqadır.

İlahi qanunlar və hökmlər Məsumun əməllərində təcəlla etdiyi halda fəqihlər Müctəhidlər və Müsəlman camaat şəraitə uyğun ona istinad edib və onun əsasında fətva verib əməl edə bilərlər.

Buna əsasən Məsumun feli və əməli şəri hökmü bəyan edir, amma onun dəlaləti kəlam və danışıq qədər deyil.

  1. Məsumun təqriri (təsdiqi və imzası)

Məsumlar (ə) tərəfindən digərlərinin sözünün ya əməlinin təsdiqləməsinə və imzalanmasına "Məsumun təqriri" deyilir.

Təqriri bu cürdür ki, əgər Məsumun huzurunda bir söz deyilsəydi ya hüzurunda bir əməl baş versəydi ki, onların razılığı və təsdiqi olsaydı, bir cürə ki, öz təsdiqlərini və razılıqlarını o əməlin və ya sözün qarşısında bildirirdilər. Məsələn Məsumun hüzurunda dəstəmaz alırdılar ya namaz qılırdılar, ya bir söz deyirdilər və yaxud bir nisbət verirdilər, həzrət onun qarşısında sükut edirdilər. Bu sükut Məsumun o sözdən ya əməldən razılığını və təsdiqinin əlamətidir ki, ona Məsumun "Təqriri" deyilir. Çünki Əgər o əməl ya söz şəri cəhətdən səhv olsaydı əmr be məruf və nəhy əz münkər dəlilinə əsasən Məsuma lazımdır ki, onun qarşısını alsın.

Əlbəttə təqririn höcciyyətinin bir sıra şəraiti var ki, aşağıdakılardan ibarətdir:

  1. O söz ya əməl Məsumun hüzurunda deyilə ya icra oluna. Əgər Məsumun hüzurunda deyilsə xəbəri Məsuma yetişə və Məsumda onu təsdiqləyə.
  2. Məsumun o əmələ ya sözə nisbət diqqəti və məlumatı olsun.
  3. Məsumun qüdrəti və imkanı olsun ki, şəxsləri səhv danışdığı ya əməl etdiyi halda qarşısını alıb agah etsin, məsələn təqiyyə halında olmasın.

Nəticədə Məsumun "Təqriri" digərinin sözü ya əməlidir. Belə bir təqrir müctəhid üçün də höccətdir və müctəhid şəraitinə uyğun ona istinad edə bilər. Deyilənlərdən belə nəticə almaq olar; sözün dəlaləti daha çox və daha aydındır. Çünki danışıqda kəlmələrdən və xüsusi kəlmələrdən istifadə imkanı var ki, kamil şəkildə məqsədi çatdırır və hökmü aşkar edir. Bir halda ki, əməlin (işin) dəlalət miqdarı çox məhduddur. Və xüsusi şəraitdə ancaq işin cayiz olmasına ya vacib olmamasına dəlalət edir. Sualınızın sonuncu hissəsinin cavabında deməliyik. Baxmayaraq ki, Məsumlar bir çox yerlərdə təqiyyə edirdilər və dostlarını təqiyyə etməyə əmr edirdilər. Amma deyilməyib ki, onların özü namaz kimi bir vacibi tərk etmiş olsunlar.

Artıq məlumattoplamaq  üçün, baxın:

1 Göstərici: Sünnətin höccəiyyətinin və etibarının dayirəsi, sualın xülasəsi: Sünnətin höcciyyəti dünyəvi işlərdədir ya axirət işlərində? Sual 5831 (sayt: 6504).

2. Göstərici: Peyğəmbərin (s) kəlmələri və vəhy, sualın xülasəsi: Əziz Peyğəmbərin (s) bütün sözləri və kəlmələri vəhy olub ya yox? Sual 12422 (sayt: az12189).

 


[1] - Biharul- ənvar, cild 31, səh 433;

«فَإِنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ عَلَّمَنِي أَلْفَ بَابٍ مِنَ الْعِلْمِ يَفْتَحُ كُلُّ بَابٍ أَلْفَ بَاب»

[2] - Nisa surəsi, ayə 59:

«يا أَيُّهَا الَّذينَ آمَنُوا أَطيعُوا اللَّهَ وَ أَطيعُوا الرَّسُولَ وَ أُولِي الْأَمْرِ مِنْكُمْ...»

[3] - Vəsailüş- şiə, cild 27, səh 34;

«أَنَّه (ص) قَالَ إِنِّي تَارِكٌ فِيكُمُ الثَّقَلَيْنِ مَا إِنْ تَمَسَّكْتُمْ بِهِمَا لَنْ تَضِلُّوا كِتَابَ اللَّهِ وَ عِتْرَتِي أَهْلَ بَيْتِي وَ إِنَّهُمَا لَنْ يَفْتَرِقَا حَتَّى يَرِدَا عَلَيَّ الْحَوْضَ»

[4] - Müzəffər, Muhəmməd Rza, Üsuli- fiqh, cild 2, səh 57- 62 darut- təaruf nəşriyyatı, Beyrut, Dördüncü çap, 1403b h 1983 M.

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Aya sərmayəyə xums şamil olur ya xeyr?
    6298 Nizamlar hüquq və əhkam 2012/04/18
    Müctəhidlərin sərmayənin xumsu barəsində nəzərləri ibarətdir: Bir şəxs sərmayəni hazırlamışdır. Əgər onun xumsunu versə və əldə qalanıyla bir iş görə bilməzsə ki, öz ruzisini təmin etsin, aya bu sərmayənin xumsunu verməlidir? Bütün müctəhidlər (yalnız ayətullah Vəhid Xorasani və ayətullah Safi): əgər onun xumsunu verməklə öz ruzisini əldə ...
  • Quranın hansı ayəsi tövhidin mərhələlərini bəyan edir? Onun mərhələləri hansılardır?
    12126 Qədim kəlam 2012/07/22
    Quran və dini məfhumlarda ən geniş yayılan, dərin və dolğun mənalı məsələlərdən biri olan tövhidin bir çox növləri və mərtəbələri vardır. Quranın bir çox ayələrində tövhid məsələsi çox müfəssəl və dərin şəkildə irəli çəkilmişdir. Bu, Quranın əsaslı məfhumlarda və mühüm məsələlərdə tutduğu yoldan ibarətdir. Hal-hazırda bu üslub ...
  • Nə üçün pendir yemək məkruhdur?
    19530 Əhkam və hüquq fəlsəfəsi 2011/11/24
    Hikmət sahibi olan Allah-taala Öz bəndələri üçün nəzərə çarpacaq böyük faydası olan şeyləri vacib, onlar üçün ciddi zərər və fəsadı olan şeyləri isə haram və ya məkruh etmişdir. Pendir barəsində məsumlardan nəql olunan rəvayətlərin məcmusundan aydın olur ki, onu təklikdə yeyildikdə məkruhdur, lakin qoz ləpəsi ilə birlikdə yeyildiyi zaman zərəri ...
  • Nəyə görə İmam Əlinin (əleyhissalam)Nəhcül-Bəlağədəki 31-ci məktubundan vəsiyyətnamə kimi ad aparılır?
    5074 روایات و دعاهای برجای مانده 2015/05/30
    Vəsiyyət kəlməsi ərəb dilindən mənsı " sifariş" kimi mənalanır. İmam Əlinin (əleyhissalam)yazdığı məktub şəri vəsiyyətnamə hesab olunmur. Şəri vəsiyyətnamədə insan öz malına, sərvətinə görə sifarişlər edir ki, onun ölümündən sonra necə rəftar və sərf etsinlər. Bu məktub, zahirdə İmam Həsənə (əleyhissalam)və ya keçən bəhsdə cavabında dediyimiz
  • Niyə görə insan Allahı yaddan çıxarır?
    6406 Əməli əxlaq 2011/08/09
    Şeytanın vəsvəsələri, dünyaya bağlılıq və günah Pərvərdigarı yaddan çıxarmağın amillərindəndirlər, bunların əksi olaraq, namaz, Quran, Allahın ayələrində təfəkkür, dəlil və sübutlardan istifadə etmək qəlbləri Allahı yadı ilə dirildə bilər.Allahı yada salmağın aşağıdakı müsbət təsirləri vardır:1- Allaha itaəti zərur hesab etmək. 2- Təvazökarlıq. ...
  • Ağır təbii hadisələr ilahi əzabdır, yoxsa onların maddi səbəbləri vardır?
    7366 Qədim kəlam 2011/04/16
    Baş verən müxtəlif ağır təbii hadisələr, o cümlədən sel, zəlzələ, tufan yalnız əzab vermək məqsədi daşımır, əksinə onun əlavə olaraq çoxlu müsbət nəticələri də vardır. O cümlədən: ilahi nemətlərin xatırladılması, qəflət yuxusundan oyatmaq, istedadların çiçəklənməsi, yer üzündə həyatın davamı, eləcə də zalımların, inadkarların və tüğyançıların əzaba düçar ...
  • Həzrəti Əli (ə) şənində ayələrin daha çoxu hansı ayda nazil olubdur?
    6444 Təfsir 2012/02/07
    Cavabdan əvvəl neçə məsələyə giriş adıyla diqqət etmək lazım gəlir: 1.             Ümumi olaraq, Quran ayələrinin Əsbabi nuzuli barəsində daxil olan rəvayətlər: Əziz Peyğəmbər (s)- in zamanında baş vermiş tarixi hadisələri bəyan edir və həmən hadisə ilə əlaqədar ayə ya ayələr o həzrətə nazil olub. ...
  • Vaqiə” surəsinin axırlarında buyurulur ki, insan ölümdən dərhal sonra öz əməllərinin nəticəsini görəcəkdir. Bu məsələnin ölüm səkrətləri (anları) ilə ziddiyyəti vardırmı?
    7824 Təfsir 2012/03/14
    “Vaqiə” surəsinin 83-87-ci ayələrində ölümdən qabaqkı vəziyyətə işarə olunur. Amma behişt və cəhənnəmlə əlaqədar olan sonrakı ayələr ölümdən sonrakı aləmlə əlaqədardır və ölüm anları ilə əlaqəsi yoxdur ki, onunla da ziddiyyəti olsun. ...
  • Allahı həm sevmək, həm də Ondan qorxmaq necə mümkün ola bilər?
    9487 Əməli əxlaq 2011/09/12
    Allaha məhəbbətlə əlaqədar qorxu və ümid çox da təəccüblü deyildir. Çünki bu məsələ müəyyən mənada bizim həyatımızın hər bir sahəsində də nəzərə çarpır. Lakin bu o qədər şiddətli aşkardır ki, ondan qafilik. Ən sadə məsələ olan yol getməyimiz də qorxu, ümid və məhəbbət əsasındadır. Çünki müəyyən bir şeyə ümidimiz olmayınca ...
  • İçində cədvəl və şəkillər olan kitablardan istifadə etməyin hökmü nədir?
    9764 Nizamlar hüquq və əhkam 2011/09/12
    Əvvəla, sualınıza diqqət yetirməklə həmin kitabın hansı elmdə yazılmasını ayırd etmək çətindir və əlavə təfsilata, izaha ehtiyac vardır. Amma qısa şəkildə desək, kitabın mövzusu “qəribə elmlər”, misal üçün cəfr, rəml, nücum və sair kimi elmlər mövzusunda ola bilər, lakin onun (müşahidə edilmədən) dəqiq şəkildə ayırd edilməsi mümkün ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163265 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    156129 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118083 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    110364 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    100795 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91758 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53663 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    46412 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    44135 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    43397 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...