Ətraflı axtarış
Baxanların
9321
İnternetə qoyma tarixi: 2012/05/20
Sualın xülasəsi
Qurani-kərimdə gözəllikşünaslıq məsələsini isbat edən ayələr vardırmı?
Sual
Qurani-kərimdə gözəllikşünaslıq məsələsini isbat edən ayələr vardırmı?
Qısa cavab

Farsca ziba (gözəl) kəlməsinin müxtəlif mənaları vardır: layiqli, yaxşı, xoş surət. Termində isə kamalın üzərinə çəkilmiş şəffaf bir pərdəyə deyilir. Ümumiyyətlə, gözəlliyin dörd növü vardır: Hiss olunan, hiss olunmayan, məqul (əqli) və Allah-taalanın mütləq gözəlliyi.

Quran nəzərindən insanın gözəlliyi, təbiət gözəlliyi, mənəvi və əxlaqi gözəlliklər hiss olunan gözəlliklərdəndir. Quranda gözəllikşünaslığın bəzi prinsipləri bunlardır: hədəfli olmaq, tənasüb və müvazinət, nəzmli düzüm, müxtəlif çeşidlilik, rənglərin gözəlliyində müxtəlif eyiblərdən uzaq olmaq. Quranda gözəllikşünaslıq mərifət və varlıq əsaslarına qayıdır və bu, qərb təfəkküründəki gözəllükşünaslıqla kökündən fərqlənir.

Ətreaflı cavab

Qurani-kərim bəşəriyyəti Allaha doğru hidayət etmək üçün Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-ə nazil olan ilahi bir kitabdır. Onun nazil edilməsində əsas məqsəd budur ki, aləmin bütün həqiqətləri onun vasitəsi ilə insanlara bəyan olunsun. Buna görə də Allah-taala buyurur: وَ نَزَّلْنا عَلَيكَ الْكِتاب‏ تِبْياناً لِكُلِّ شَي‏ء “Bu kitabı sənə nazil etdik, halbuki o, hər bir şeyi bəyan edib aydınlaşdırandır.”[1]

Buna əsasən, bəşər təfəkkürünün islahında ümdə rol oynayan məfhumların çoxu Quranda zikr olunmuşdur. Barəsində çoxlu ayələr nazil olan məfhumlardan biri də gözəllik məfhumudur. Aydındır ki, bu barədə dəqiq nəzər və görüş əldə etmək üçün əvvəlcə onun tərifini və hədd-hüdudunu təyin etməli, sonra onun müqəddimə və əsaslarından istifadə etməklə ayələrdə və gözəlliyin nümunələrində dərindən diqqət etməliyik ki, gözəllikşünaslıq barədə görüş və təsəvvür formalaşsın.

Lüğətdə “gözəl” sözünün bir çox mənaları vardır: layiqli, yaxşı mənzərəli və s. Gözəllik isə “gözəl halət və keyfiyyət”, yəni hər hansı bir şeydə paklıq və əzəmətlə yanaşı mövcud olan  nəzm və həmahənglik mənasınadır. Belə ki, bu halət insanın əql, təxəyyül və ali insani meyllərini təhsinə vadar edir, mənəvi ləzzət və ruh yüksəkliyi yaradır.[2]

Termində də gözəllik barəsində müxtəlif təriflər verilmişdir. Bir tərifə görə gözəllik – bizim müəyyən bir istiqamətdəki ləzzətimizi təşkil edən, gözəl düşüncəyə səbəb olan harmonik və həmahənglikdir.[3] Mərhum Əllamə Məhəmməd Təqi Cəfəri buyurur ki, xilqətin hər hansı gözəl bir əsərində diqqət yetirmək insandakı gözəllik axtarmaq hissini təmin etməklə eyni zamanda kamalı əldə etməyə də səbəb olur. O alim gözəlliyi belə tərif edir: “Gözəllik – kamalın üzərinə çəkilmiş şəffaf bir pərdədir. Bu tərifə əsasən, gözəllik insanın gözəllik axtarmaq hissini təmin etməkdən əlavə, onu kamala da çatdıran bir şeydir.”[4]

Gözəlliyin müxtəlif növləri vardır və hər bir məktəb və ideologiya özünün mərifətşünaslıq və varlıqşünaslıq əqidəsi çərçivəsində onu müxtəlif qisimlərə bölmüşdür. Gözəllikşünaslığın ümumi şəkildə dörd növü vardır:

1. Hiss olunan gözəllik: güllər, meşələr, təbii mənzərələr;

2. Hiss olunmayan gözəlliklər: azadlıq, elm və s. şeylərin gözəlliyi;

3. Məqul (əqli) dəyər, hikmət, ədalət, digər ruhi və mənəvi məfhumların gözəlliyi;

4. Əzəli, mütləq camal və gözəllik.[5]

Quran özünün nurani ayələrində gözəllikləri sadalamış və insanları bunların barəsində düşünməyə dəvət etmişdir. Bundan əlavə, gözəllikləri kəsb etməyə dair tövsiyə də etmişdir. Bu gözəlliklər – itər mənəvi olsun, istərsə də hiss olunan və maddi, Quran ayələrində təkcə məcazi gözəlliklər bəyan olunmur; üstəlik gözəllikləri əldə etməyi bəşərin ruhi ehtiyacı ünvanı ilə bəyənilən və tələb olunan bir iş hesab edir:[6]

“O (Allah) həmin şəxsdir ki, dəryanı sizin üçün müsəxxər (ram) etdi ki, ondan təzə ət (balıq) yeyəsiniz, ondan zinətlənmək üçün (mirvari kimi) bəzək əşyaları çıxarısınız.”[7]

Quran ayələri özünün misilsiz bəlağəti və söz ustalığı ilə əsrarəngiz sirlərdən biri kimi gözəllikşünaslıq barədə dərindən fikirləşməyə təşviq edir.[8] Deməli, Quranın özü bütünlükdə gözəlliklərin təzahürüdür, onda gözəl nişanələr və gözəllik mərifəti mövcuddur. Bu ayələr isbat edir ki, Allah-taala bütün gözəlliklərin mənşəyidir və yaradılış aləmini və onun gözəl nemətlərini yalnız O xəlq etmişdir.

Quran ayələrində gözəllik üçün çoxlu kəlmələr və məfhumlar işlədilmişdir ki, bir bölgüyə əsasən, aşağıdakılardan ibarətdir:

1. Camal (çox gözəllik), hüsn (ruh yüksəkliyi, şadlıq gətirən, ürək oxşayan), zinət (hər hansı bir şeyə əlavə edilən gözəl iş). Bu üç kəlmə gözəlliyin əsas mehvəridir.

2. Hülyə (bəzək), bəhcət (gözəllik, şad və xürrəm olmaq), züxrüf (zinət, xoş mənzərəli zər-bərqli) və təsvil (o şey ki, nəfs onunla zinətlənməyə müştaqdır və çirkini gözəl cilvələndirmək istəyir).

3. Bəzi alimlərin təfsirlərinə əsasən, gözəllik hövzəsində qərarlaşan kəlmələr: hübük (gözəllik) və təbərrüc (zinətləndirmək).

4. Gözəlliyin bəzi ünsür və xüsusiyyətlərini bəyan edən kəlmələr: nur, lovn, qədr.

 

Quranda gözəllikşünaslıq məsələləri

Qurani-kərim özünün ali hədəfləri istiqamətində varlıq aləmindəki gözəlliklərdən bəzilərini, əxlaqi və mənəvi gözəlliklərdən cüzi bir hissəsini və axirət aləminin gözəlliklərindən bir qismini göstərmişdir ki, aşağıda onları bəyan edirik:

a) İnsanın gözəlliyi.

Quran insanın inkişaf mərhələlərini bəyan edir, onun normal və müvazinətli xilqətinə təkid edərək buyurur: “Biz insanı ən gözəl surətdə və biçimdə xəlq etdik.”[9] İnsanı belə bir gözəllikdə yaratdıqdan sonra Allah Özünə “əhsən” deyərək buyurur: “Xəlq edənlərin ən yaxşısı olan Allah uludur!”[10]

Doğrusu, insan orqanizminin mütənasib və müvazinətli olması, hər bir üzvün özünəməxsus yerdə qərarlaşması, dəqiq, hesab-kitab üzündən və gözəl tənzimi bütün mütəfəkkirləri əbədiyyətə qədər heyrətə salmışdır. Bu gözəllik təkcə insanın zahirinə deyil, mənəvi və batini yönünə də şamildir və onu kamalın, səadətin ən yüksək dərəcələrinə çatdıra bilər.

b) Təbiətdəki gözəlliklər

Hər insan hansı əqidədə olursa-olsun, təbii mənzərələrə tamaşa edərkən onun gözəlliklərindən vəcdə gəlir, bu tamaşa onun ruhuna yeni təravət bağışlayır; böyük və möhtəşəm dağların göylərə baş çəkməsi, göz yaşı kimi dumduru çayların axması, Günəşin bir yerdən çıxıb başqa bir yerdə qürub etməsi, ildırım, şimşək və s. hamısı insanı heyrətə salan gözəlliklərdəndir. Quran bu gözəllikləri həm cansız, həm də canlı təbiət şəkilində qələmə vermiş və gözəllikşünaslıqdan digər üfüqləri vücuda gətirmişdir.

Təbiətlə əlaqədar olan ayələri “təbii ayələr” adlandırırlar. Müfəssirlər bu barədə 750 ayə qeyd etmişlər. Bunların özünün də asimanların və digər varlıqların gözəlliyinin vəsfinə şamil olan  müxtəlif bölgüləri vardır. Burada bir neçə ayəni qeyd edirik:

1. “Məgər onlar başları üzərində olan asimanlara baxmırlarmı ki, onları necə bina etmişik və onları (ulduzların vasitəsi ilə) necə zinətləndirmişik?! Onlarda heç bir pozuntu yoxdur.”[11]

2. “Biz yaxın (aşağı) asimanları ulduzlarla zinətləndirdik.”[12]

3. “Aşağı asimanları çıraqban şeylərlə (ulduzlarla ) zinətləndirdik.”[13]

4. “Biz asimanda bir dünya qərar verdik və onları ulduzlarla zinətləndirmişik.”[14]

Bunun oxşarlarını aşağıdakı ayələrdə də görmək olar: “Züha” 1, “Müddəssir” 34, “Kəhf” 86, “Nəml” 60, “Həcc” 5, “Qaf” 7-11

v) Əxlaqi və mənəvi gözəllik

İslamdakı gözəllikşünaslıq əsasları ilə qərbin humanizm məktəblərindəki gözəllikşünaslıq əsasları arasında ümdə fərq budur ki, islamda gözəlliyin hüdudları təbii və hiss olunanlardan daha genişdir və əxlaqi-mənəvi gözəlliklərə də şamildir. Quran buyurur: “Allah imanı sizə sevimli etdi və onu qəlblərinizdə zinətli və gözəl etdi.”[15]

Səbir və güzəşti müəyyən qədər gözəl olan rəftarlar cərgəsində irəli çəkilir: “Belə isə, gözəl səbri özünə peşə et!”[16]

Gözəl güzəştə getmək: “Belə isə, onlardan gözəl və layiqli şəkildə güzəştə get!”[17]

Gözəl talaq: “Ey Peyğəmbər! Həyat yoldaşlarına de: Əgər siz dünya həyatını və onun bərbəzəklərini istəyirsinizsə, gəlin sizə bir hədiyyə verim və sizi gözəl şəkildə boşayım.”[18]

Quranda bu barədə çoxlu ayələr zikr olunmuşdur, o cümlədən: “Müzzəmmil” 73 və “Əhzab” 43.

Quranda gözəlliyin əsasları

Qurani-Kərimə dərindən nəzər salmaqla gözəllik üçün hiss olunan təbiət aləmində ilahi yaradılış xüsusiyyətlərindən hesab olunan müxtəlif nişanələr əldə etmək olar, o cümlədən:

1. Hədəf əsasında olmaq.

Quranda gözəllikşünaslığın mühüm əsaslarından biri hədəfli olmağa təkiddir. Çünki Quranın əsas hədəfi – dinləyicilərin hidayəti və onların ilahi-mənəvi peyğamlara ürək bağlamasıdır. Hədəfliliyi və gözəlliyi məhdud maddi və incəsənət qalibində tərif etmək olmaz. Nümunə üçün, Quran əhvalatları barəsində incəsənət yönündən söhbət açılan və bu əhvalatları qabarıq və gözəl şəkildə cilvələndirən zaman məqsəd əhvalat söyləməkdə, o mövzunun ədəbi sənətkarlığında olan gözəllikşünaslıq deyildir; əksinə, onun zikrində əsas hədəf insanın hidayəti, eləcə də Allahın sonsuz qüdrət və bacarığına təkiddir.[19]

2. Tənasüb və müvazinət

Yaradılış sistemi çox dəqiq həndəsi və məntiqi əsasda qurulmuşdur. Bu məsələni aşağıdakı ayələrdə görmək olar: “Əlbəttə, hər bir şeyi müəyyən ölçüdə yaratdıq”[20]; ”Hər bir şey Onun yanında müəyyən miqdara malikdir”[21]; “Və O, hər bir şeyi yaratdı və dəqiq şəkildə ölçüyə saldı”[22]; “Allah hər şey üçün müəyyən bir ölçü qərar vermişdir.”[23]; “O Allah ki, yaratdı və tənzim etdi, həmin kəs ki, (dəqiq) ölçüdə qərar verdi və hidayət etdi.”[24]

3. Gözəl biçim və nizam-intizam əsasındakı düzüm

Allahın ən mühüm nişanələrindən biri bütün aləmin nəzm və tərtib əsasında düzümüdür. Belə ki, bu məsələ Quranda müxtəlif şəkillərdə zikr olunmuşdur: “Yeri döşədik, onda sabit dağlar qoyduq və onda hər bir növdən normal bitkilər cücərtdik.”[25] “Halbuki, bir-birinin yanında düzülmüş taxtlara söykənərlər”,[26] “Cərgə ilə düzülmüş balış və yastıqlar”[27]Behiştdə çoxlu otaqlar vardır, onların üstündə başqa otaqlar da bina olunmuşdur və onların altından çaylar axır.”[28]

4. Çeşidlilik

Varlıq aləminə hakim olan vəhdətlə eyni zamanda cansızlar, bitkilər, heyvanlar və insanlara müxtəlif və heyrətəngiz çeşidlilik də hakimdir: “Yer üzündə bir-biri ilə fərqli olan müxtəlif sahələr bir-birinin yanında qərarlaşır, (həm də) üzüm, əkin və xurma bağları (müxtəlif meyvə ağacları), bəzən bir kök üstündə, bəzən də iki kök üstündə bitir. (Bundan qəribəsi budur ki,) onların hamısı bir sudan su içsə də, onların bəzisini – bar və müyvə baxımından – digərindən üstün edərik. Bunlarda əql qüvvələrini işlədən insanlar üçün (Allahın qüdrətinə dair çoxlu) nişanələr vardır.”[29]

5. Rənglərin müxtəlifliyi və gözəlliyi

Quran ayələrindən bəziləri də müxtəlif rənglərə işarə edir və yaşıl rəngi nemət, xürrəm və behişt rəngi kimi təqdim edərək buyurur: “Onların (behişt əhlinin) əynində yaşıl rəngli nazik ipəkdən, qalın dibadan libaslar və (qollarında) gümüşlə bəzədilmiş bilərziklər vardır.”[30]

Sarı rəng şadlıq gətirən bir rəng kimi bəyan olunur: “Sarı rəngli bir inək olsun ki, onun rəngi tamaşaçıları sevindirsin və şad etsin.”

Rənglərin nümunə və növlərini “Nəhl” 13, “Fatir” 27-28, “Zümər”, 21 kimi ayələrdə görmək olar.

6. Eyiblərdən paklıq

Eyiblərdən paklıq ilahi xilqət nişanələrindən digər biridir. “Mülk” surəsində asimanın gözəlliklərini bəyan edərkən buyurur: “Həmin kəs ki, yeddi asimanı bir-birinin üstündə yaratdı. Rəhman Allahın xəlq etdiyi şeylərdə heç bir təzad və eyib görməzsən. Bir daha nəzər sal: hər hansı bir yarıq və xələl görə bilərsənmi?!”[31]

Eyiblərdən paklığa digər ayələrdə də təkid olunmuşdur.[32]

 


[1] “Nəhl” surəsi, ayə: 89

[2] Müin, Məhəmməd, “Fars lüğəti”, Tehran, “Əmir Kəbir” nəşriyyatı, 1360-cı şəmsi il

[3] Xərqani, Həsən, “Quranda gözəllikşünaslıq məfhumları”, “İslami tədqiqat” jurnalı, səh. 11 1387-ci il, nömrə 80

[4] Cəfəri, Məhəmməd Təqi, “İslam nəzərindən gözəllik və incəsənət”, səh. 174, “Əllamə Cəfərinin əsərlərinin tənzimi” müəssisəsi, Tehran, 1385-ci şəmsi il

[5] Yenə orada, səh. 162-163

[6] Yenə orada, səh. 133-136, “İslami maarif nazirliyinin çapxanası”, bi. ta

[7] “Nəhl” surəsi, ayə: 14

[8] Fəzilət, Mahmud, “Quranın gözəllikşünaslığı”, səh. 22, 2-ci çap, “Semət” nəşriyyatı, Tehran, 1387-ci il

[9] “Tin” surəsi, ayə: 4

[10] “Muminun” surəsi, ayə: 14

[11] “Qaf” surəsi, ayə: 6

[12] “Saffat” surəsi, ayə: 6

[13] “Fussilət” surəsi, ayə: 12

[14] “Hicr” surəsi, ayə: 16

[15] “Hucurat” surəsi, ayə: 7

[16] “Məaric” surəsi, ayə: 5

[17] “Hicr” surəsi, ayə: 85

[18] “Əhzab” surəsi, ayə: 28

[19] Əyazi, Seyid Məhəmməd Əli, “Qurani-kərimin gözəllikşünaslıq əsasları”, “Tibyan” saytı

[20] “Qəmər” surəsi, ayə: 49

[21] “Rəd” surəsi, ayə: 8

[22] “Furqan” surəsi, ayə: 2

[23] “Təlaq” surəsi, ayə: 2

[24] “Əla” surəsi, ayə: 2-3

[25] “Hicr” surəsi, ayə: 19

[26] “Tur” surəsi, ayə: 20

[27] “Ğaşiyə” surəsi, ayə: 15

[28] “Zümər” surəsi, ayə: 20

[29] “Rəd” surəsi, ayə: 4

[30] “İnsan” surəsi, ayə: 21

[31] “Mülk” surəsi, ayə: 3

[32] Əlavə məlumat üçün bax: Həsən Xərqani, “Quranda gözəllikşünaslıq məfhumları,” “İslami tədqiqat” jurnalı, 1387-ci il, nömrə 80, səh. 11; Məhdi Müti, “Quranda gözəllikşünaslığın əsasları”, Həsən Bəlxari, “Quranda gözəllikşünaslıq nəzəriyyəsinin əsasları”, “Hünər” jurnalı, 1385-ci il, nömrə 70, səh. 164-171

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Aya sərmayəyə xums şamil olur ya xeyr?
    6298 Nizamlar hüquq və əhkam 2012/04/18
    Müctəhidlərin sərmayənin xumsu barəsində nəzərləri ibarətdir: Bir şəxs sərmayəni hazırlamışdır. Əgər onun xumsunu versə və əldə qalanıyla bir iş görə bilməzsə ki, öz ruzisini təmin etsin, aya bu sərmayənin xumsunu verməlidir? Bütün müctəhidlər (yalnız ayətullah Vəhid Xorasani və ayətullah Safi): əgər onun xumsunu verməklə öz ruzisini əldə ...
  • Quranın hansı ayəsi tövhidin mərhələlərini bəyan edir? Onun mərhələləri hansılardır?
    12126 Qədim kəlam 2012/07/22
    Quran və dini məfhumlarda ən geniş yayılan, dərin və dolğun mənalı məsələlərdən biri olan tövhidin bir çox növləri və mərtəbələri vardır. Quranın bir çox ayələrində tövhid məsələsi çox müfəssəl və dərin şəkildə irəli çəkilmişdir. Bu, Quranın əsaslı məfhumlarda və mühüm məsələlərdə tutduğu yoldan ibarətdir. Hal-hazırda bu üslub ...
  • Nə üçün pendir yemək məkruhdur?
    19530 Əhkam və hüquq fəlsəfəsi 2011/11/24
    Hikmət sahibi olan Allah-taala Öz bəndələri üçün nəzərə çarpacaq böyük faydası olan şeyləri vacib, onlar üçün ciddi zərər və fəsadı olan şeyləri isə haram və ya məkruh etmişdir. Pendir barəsində məsumlardan nəql olunan rəvayətlərin məcmusundan aydın olur ki, onu təklikdə yeyildikdə məkruhdur, lakin qoz ləpəsi ilə birlikdə yeyildiyi zaman zərəri ...
  • Nəyə görə İmam Əlinin (əleyhissalam)Nəhcül-Bəlağədəki 31-ci məktubundan vəsiyyətnamə kimi ad aparılır?
    5074 روایات و دعاهای برجای مانده 2015/05/30
    Vəsiyyət kəlməsi ərəb dilindən mənsı " sifariş" kimi mənalanır. İmam Əlinin (əleyhissalam)yazdığı məktub şəri vəsiyyətnamə hesab olunmur. Şəri vəsiyyətnamədə insan öz malına, sərvətinə görə sifarişlər edir ki, onun ölümündən sonra necə rəftar və sərf etsinlər. Bu məktub, zahirdə İmam Həsənə (əleyhissalam)və ya keçən bəhsdə cavabında dediyimiz
  • Niyə görə insan Allahı yaddan çıxarır?
    6406 Əməli əxlaq 2011/08/09
    Şeytanın vəsvəsələri, dünyaya bağlılıq və günah Pərvərdigarı yaddan çıxarmağın amillərindəndirlər, bunların əksi olaraq, namaz, Quran, Allahın ayələrində təfəkkür, dəlil və sübutlardan istifadə etmək qəlbləri Allahı yadı ilə dirildə bilər.Allahı yada salmağın aşağıdakı müsbət təsirləri vardır:1- Allaha itaəti zərur hesab etmək. 2- Təvazökarlıq. ...
  • Ağır təbii hadisələr ilahi əzabdır, yoxsa onların maddi səbəbləri vardır?
    7366 Qədim kəlam 2011/04/16
    Baş verən müxtəlif ağır təbii hadisələr, o cümlədən sel, zəlzələ, tufan yalnız əzab vermək məqsədi daşımır, əksinə onun əlavə olaraq çoxlu müsbət nəticələri də vardır. O cümlədən: ilahi nemətlərin xatırladılması, qəflət yuxusundan oyatmaq, istedadların çiçəklənməsi, yer üzündə həyatın davamı, eləcə də zalımların, inadkarların və tüğyançıların əzaba düçar ...
  • Həzrəti Əli (ə) şənində ayələrin daha çoxu hansı ayda nazil olubdur?
    6444 Təfsir 2012/02/07
    Cavabdan əvvəl neçə məsələyə giriş adıyla diqqət etmək lazım gəlir: 1.             Ümumi olaraq, Quran ayələrinin Əsbabi nuzuli barəsində daxil olan rəvayətlər: Əziz Peyğəmbər (s)- in zamanında baş vermiş tarixi hadisələri bəyan edir və həmən hadisə ilə əlaqədar ayə ya ayələr o həzrətə nazil olub. ...
  • Vaqiə” surəsinin axırlarında buyurulur ki, insan ölümdən dərhal sonra öz əməllərinin nəticəsini görəcəkdir. Bu məsələnin ölüm səkrətləri (anları) ilə ziddiyyəti vardırmı?
    7824 Təfsir 2012/03/14
    “Vaqiə” surəsinin 83-87-ci ayələrində ölümdən qabaqkı vəziyyətə işarə olunur. Amma behişt və cəhənnəmlə əlaqədar olan sonrakı ayələr ölümdən sonrakı aləmlə əlaqədardır və ölüm anları ilə əlaqəsi yoxdur ki, onunla da ziddiyyəti olsun. ...
  • Allahı həm sevmək, həm də Ondan qorxmaq necə mümkün ola bilər?
    9487 Əməli əxlaq 2011/09/12
    Allaha məhəbbətlə əlaqədar qorxu və ümid çox da təəccüblü deyildir. Çünki bu məsələ müəyyən mənada bizim həyatımızın hər bir sahəsində də nəzərə çarpır. Lakin bu o qədər şiddətli aşkardır ki, ondan qafilik. Ən sadə məsələ olan yol getməyimiz də qorxu, ümid və məhəbbət əsasındadır. Çünki müəyyən bir şeyə ümidimiz olmayınca ...
  • İçində cədvəl və şəkillər olan kitablardan istifadə etməyin hökmü nədir?
    9764 Nizamlar hüquq və əhkam 2011/09/12
    Əvvəla, sualınıza diqqət yetirməklə həmin kitabın hansı elmdə yazılmasını ayırd etmək çətindir və əlavə təfsilata, izaha ehtiyac vardır. Amma qısa şəkildə desək, kitabın mövzusu “qəribə elmlər”, misal üçün cəfr, rəml, nücum və sair kimi elmlər mövzusunda ola bilər, lakin onun (müşahidə edilmədən) dəqiq şəkildə ayırd edilməsi mümkün ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163265 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    156129 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118083 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    110364 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    100795 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91758 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53663 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    46412 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    44135 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    43397 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...